Texnologiyanın sürətlə inkişaf etməsi Süni intellekt və robotlaşma mövzularını yenidən gündəmə gətirmişdir.
1950-ci illərdə Alan Turing məqalələrinin birində "Kompüterlər düşünə bilərmi?" sualını verərək bu mövzuda düşünülməsi gərəkdiyini bildirmişdir. Süni intelekt termini ilk dəfə İngiltərədə konfransların birində (Dartmouth Kollecində ) ortaya atılmışdır və bundan sonra bu sahədə ciddi elmi araşdırmalar başlamışdır. Süni intelekt sahəsində ilk önəmli inkişaflardan biri 1997-ci ildə New Yorkda İBM-in istehsal etdiyi Deep Blue adlı komputer proqramı şahmat üzrə dünya çempionu Garry Kasparovu məğlub etməsi ilə reallaşdı.
Daha sonra isə digər önəmli bir inkişaf Go oyununda reallaşdı. Go oyunu şahmata görə daha qarmaşıq bir oyudur. Şahmatda bir çox qaydalar ( fiqurların özlərinə xas hərəkətləri,qala qurma, keçərkən alma , şah elan etmə və s ) vardır. Go oyununda isə vəziyyət daha fərqlidir beləki oyun şərtləri az olduğuna görə ehtimalların sayı kainatdakı atomların sayından daha çox olduğu isbat edilmişdir. Buna baxmayaraq DeepBlue tərəfindən yaradılan və süni intellektə əsaslanan AlphaGo adlı proqram 2016-cı ildə Go oyunu üzrə dünya çempionu Lee Sedola qalib gəlmişdir.
Təbii ki yuxarıdakı nümunələr bununla bitmir.Bunun kimi yüzlərlə tədbiqləri vardır.
Hələlik bu qədər. Növbəti yazılarımızda görüşənədək.
Hiç yorum yok:
Yorum Gönder