2018-08-18

Süni İntellekt Anlayışına Qısa Baxış

Texnologiyanın sürətlə inkişaf etməsi Süni intellekt və robotlaşma mövzularını yenidən gündəmə gətirmişdir.

1950-ci illərdə Alan Turing məqalələrinin birində "Kompüterlər düşünə bilərmi?" sualını verərək bu mövzuda düşünülməsi gərəkdiyini bildirmişdir. Süni intelekt  termini ilk dəfə İngiltərədə konfransların birində (Dartmouth Kollecində ) ortaya atılmışdır və bundan sonra bu sahədə ciddi elmi  araşdırmalar başlamışdır. Süni intelekt sahəsində ilk önəmli inkişaflardan biri 1997-ci ildə New Yorkda İBM-in istehsal etdiyi Deep Blue adlı komputer proqramı şahmat üzrə dünya çempionu Garry Kasparovu məğlub etməsi ilə reallaşdı.




Daha sonra isə digər önəmli bir  inkişaf Go oyununda reallaşdı. Go oyunu  şahmata görə daha qarmaşıq bir oyudur. Şahmatda bir çox qaydalar ( fiqurların özlərinə xas hərəkətləri,qala qurma, keçərkən alma , şah elan etmə və s ) vardır. Go oyununda isə vəziyyət daha fərqlidir beləki oyun şərtləri az olduğuna görə ehtimalların sayı kainatdakı atomların sayından daha çox olduğu isbat edilmişdir. Buna baxmayaraq  DeepBlue tərəfindən yaradılan və süni intellektə əsaslanan  AlphaGo adlı proqram 2016-cı ildə Go oyunu üzrə dünya çempionu Lee Sedola qalib gəlmişdir.




Təbii ki yuxarıdakı nümunələr bununla bitmir.Bunun kimi yüzlərlə tədbiqləri vardır.
Hələlik bu qədər. Növbəti yazılarımızda görüşənədək.